Yoxlanışdan keçmiş 1500 məktəbdən 614-ə icazə verilib - Əmək Müfəttişliyi

Əmək Müfəttişliyi Departamentinin məlumatına görə, 9 sentyabr tarixinə olan göstəricilərlə Səhiyyə Nazirliyinin tələblərini 1500-ə yaxın yoxlayışdan keçmiş məktəbdən 81 məktəb qane etməyib.



Beka Peradzenin məlumatına görə,  indiki mərhələdə həmin 1500 məktəbdən təhsili davam etdirmək üçün 614 məktəbə icazə verilib.

“Məktəblərin yoxlanılması davam edir. Bu günə olan məlumata görə, 1500-ə yaxın məktəb yoxlanılıb və 614 məktəbə icazə verilib. 81 məktəb tələbləri qane etmədi. Qalanlar isə yoxlayış prosesindədir və müəyyən sənədləri gözləyirik ki, qərar qəbul edək. Eləcə də 10-dan artıq universitet yoxlanıb və onların hər birinə icazə verilib və proses davam edir”, – Beka Peradze bildirib.

Mənbə: Publika

 

Print