Evdən distant təhsil üçün imkanı olmayan müəllimlərə məktəb
xüsusi məkan ayırmalıdır.
Bu haqda Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil
Çxenkeli tərəfindən təsdiqlənmiş sərəncamda deyilir. Sərəncam
ümumtəhsil müəssisələrində təhsil prosesinin distant keçirilməsi və
əldə olunan nəticələrin qiymətləndirilmə qaydası və şərtlərinə
aiddir.
“Məktəb müəllimlərin distant qaydada dərsləri keçməsi
üçün məkan ayırmağa məcburdur, əgər: a) Müəllim evdən qoşula
bilmirsə; b) Müəllimin müvafiq texniki təchizatı/interneti
yoxdursa” ,– sərəncamda deyilir.
Belə ki, sərəncama əsasən məktəb distant təhsil prosesinin bərabər
əlçatanlığı üçün maksmimum dərəcədə güc sərf etməlidir.
“Əgər məktəb resursları ilə şagirdin dərsə qoşulması
mümkün olmursa məktəb şagird üçün fərdi distant konsultasiayalar
təşkil etmək məcburiyyətindədir”,– sənəddə qeyd
olunub.