Evdən distant təhsil üçün imkanı olmayan müəllimlərə məktəb xüsusi məkan ayırmalıdır

Evdən distant təhsil üçün imkanı olmayan müəllimlərə məktəb xüsusi məkan ayırmalıdır.



Bu haqda Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli tərəfindən təsdiqlənmiş sərəncamda deyilir. Sərəncam ümumtəhsil müəssisələrində təhsil prosesinin distant keçirilməsi və əldə olunan nəticələrin qiymətləndirilmə qaydası və şərtlərinə aiddir.

“Məktəb müəllimlərin distant qaydada dərsləri keçməsi üçün məkan ayırmağa məcburdur, əgər: a) Müəllim evdən qoşula bilmirsə; b) Müəllimin müvafiq texniki təchizatı/interneti yoxdursa” ,– sərəncamda deyilir.

Belə ki, sərəncama əsasən məktəb distant təhsil prosesinin bərabər əlçatanlığı üçün maksmimum dərəcədə güc sərf etməlidir.

“Əgər məktəb resursları ilə şagirdin dərsə qoşulması mümkün olmursa məktəb şagird üçün fərdi distant konsultasiayalar təşkil etmək məcburiyyətindədir”,– sənəddə qeyd olunub.


 

Print