Təhsil naziri distant təhsil qaydaları və şərtlərini təsdiqləyib

Distant təhsil başlayan məktəblər üçün Gürcüstanın Təhsil naziri Mixeil Çxenkeli təhsil prosesinin aparılması və əldə olunan nəticələrin qiymətləndirilməsi qaydalarını və şərtlərini təsdiq edib.



Sənədə əsasən təhsil müəssisələrində distant təhsil sonrakı modellərdən istifadə edərək həyata keçirilə bilər:

a) Tam elektron qaydada, sinxron şəkildə. Bu isə nazirliyin tövsiyə etdiyi hər hansı elektron platforma vasitəsilə bütün şagirdlərin və müəllimin eyni zamanda dərs prosesinə qoşulmasını nəzərdə tutur.
b) Tam elektron qaydada və asinxron şəkildə tele/video dərslərin yaxud əlçatan başqa elektron platformaların yaxud rəqəmsal resursların vasitəsilə təhsil-tədrisin həyata keçirilməsi;
c) Hibrid metodu ilə. Bu metod tam elektron qaydada, sinxron şəkildə yaxud asinxron və iştirak etməklə təhsilin komplektləşdirilməsindən istifadə etmək. Bu fərqli fənnlərə, sinif və bölmələrə əsasən ola bilər.
Sinxron elektron təhsil halında məktəb dərs saatı qrafikini tərtib edir. Bu zaman yeniyetmənin fiziki və psixoloji imkanlarını nəzərə almaqla tövsiyə olunnan əlaəvlərin (dərsdə aparılan astronomik saatların) sayı belədir:

I- IV sinifdə 1 saat, V- IX sinifdə 1.5 saat. X-XII sinifdə isə 2 saat.

Distant dərslərin tövsiyə edilən müddəti belədir:

ა) I-IV siniflərdə – 15-20 dəqiqə;

ბ) V-IX siniflərdə – 25-30 dəqiqə;

გ) X-XII siniflərdə – 35-40 dəqiqə
.

Gün ərzində 3-dən artıq dərsin keçirilməməsi tövsiyə olunur.

Bundan əlavə sənədə görə tövsiyə olunur ki, planlaşdırılan dərs müxtəlif interaktiv texnikanı, eləcə də fiziki fəallıqla 10-15 dəqiqəlik tənəffüsü əhatə edir. Dövri olaraq göz məşqi aparıla bilər. Məsələn, ekrandan baxışın uzaqda yerləşən əşyaya aparılması, gözü 5-6 dəfə qırpmaq.
İctimai məktəblərdə hibrid distant təhsil halında sinifin bölünməsi, distant dərslərin keçirilməsi bütün sinif qrupları üçün tövsiyə olunur.
Məktəb I-IV sinif şagirdlərinin iştirak edə biləcəkləri təhsil prosesini təmin etmək üçün maksimum gücdən istifadə etməlidir.

Müəllimin qanuni nümayəndəsi məcburdur:

a) İmkan daxilində şagirdin distant təhsil prosesinə qoşulmasını təmin etsin və dəstək olsun.
b) Məktəblə əməkdaşlıq etsin və şagirdin məktəb tərəfindən nəzərə alınan təhsil məqsədlərinə nail olmağa kömək etsin;
c) Şagirdə nəzarət etsin və distant təhsil prosesində hansısa formada zorakılıq qeydə alınarsa məktəbə xəbərdarlıq etsin;
d) Distant təhsilə qoşulmaqla bağlı yaranan problemlər haqda məktəbə bildirsin.

Nazirin sərəncamına görə distant təhsilin hər hansı modelə keçməsinin ön şərti ola bilər:

a) Məktəbdə/məntəqədə/bələdiyyədə/ölkədə olan müxtəlif keçici xəstəliklərlə yaranmış vəziyyətdə tətbiq edilmiş müvəqqəti məhdudiyyətlər;
b) Çətin meteroloqik/ekstremal şəraitdə yaxud təbii fəlakətlərdən yaranmış müvəqqəti məhdudiyyətlər.
c) Məktəbdə gedən planlaşdırılmış bərpa işlərinin vaxtında yerinə yetirilməsi yaxud təxirəsalınmaz bərpa-tikinti işlərinin həyata keçirilməsi;
d) Ayrıca fənnlərdə insan resursu (müəllim) çatışmamazlığı;
e) Ayrıca fənndə müasir innovativ təhsil texnologiyalarının əsasının qoyulması yaxud məkrtəb tərəfindən başqa sübut olunmuş tələblər olan halda.
Mənbə: İnterPressNews

 

Print