Gürcüstanda müəllimlər koronavirus testi verəcəklər
Gürcüstanda müəllimlər arasında koronavirusla bağlı test yoxlamaları aparılacaq.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar təsadüfi seçim prinsipi əsasında həyata keçiriləcək.

Mərkəz rəhbəri bununla bağlı planın hazırlandığını qeyd edib.

Mənbə: NewsBureau
Print