15 sentyabr tarixində Gürcüstanın ictimai və özəl məktəblərində
2020-2021-ci yeni təhsil ili başladı.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Baş
nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararsı Koordinasiya
Şurasının qərarı ilə Gürcüstanın bəzi şəhərlərində və kəndlərində
məktəb və ali təhsil müəssisələrində təhsil prosesi 15 sentyabrdan
distant rejimdə, qalan bələdiyyələrdə isə sinif otaqlarında dərs
başladı. Mövcud vəziyyətə görə, 1 oktyabrdan bütün ölkə miqyasında
sinif otaqlarında və auditoriyalarda təhsil prosesi davam
edəcək.
Təhsil Nazirliyinin məlumatına görə, çətinliklərə baxmayaraq yeni
təhsil ili vacib yeniliklərlə başlayır. 2020-21-ci təhsil ili üçün
Tbilisi və regionlarda artıq 50 yeni ictimai məktəbin tikintisi
başa çatıb. 800-ə yaxın məktəbdə isə tam və qismən bərpa işləri
aparılıb.
“İnfrastruktur işlərini Təhsil, Elm, Mədəniyyət və
İdman Nazirliyi, eləcə də Regional İnkişaf və İnfrastruktur
Nazirliyi həyata keçirirdi. İşlərin bir qismi Acarıstan Muxtar
Respublikası və regionların yerli büdcəsindən
maliyyələşdirilirdi.
Təhsil sistemi sinif otaqların və distant təhsil prosesinə başlamaq
üçün hazırdır. Bütün yay ərzində nazirlik bunun üçün çalışırdı.
Təhsil prosesinin maneəsiz bərpa olunması üçün nazirin sərəncamı
ilə distant təhsil qaydası hazırlanıb və təsdiqlənib. Milli təhsil
planına da müvafiq dəyişikliklər daxil edilib və bu haqda bütün
məktəblərə məlumat verilib.
Məktəblər nazirlik tərəfindən dərsliklərlə və birinci siniflər
komptürlə təmin ediliblər.
Nazirliyin təşəbbüsü ilə yeni təhsil ilindən elektron jurnal
qüvvəyə minəcək və təhsil prosesini daha da gücləndirəcək. Qeyd
olunan yenilik müəllimlərə şagirdlərin iştirakını elektron qeydə
almaqda kömək edəcək.
İctimai məktəblər nazirlik tərəfindən maska, dezobaryer, səthi
dezinfeksiya məhlulu və distant termoskrininqlərlə təchiz
ediliblər.
Milli təhsil planına uyğun olaraq 15 sentyabrdan təhsilin
əlçatanlığı məqsədi ilə bütün siniflər və fənnlər üçün İctimai
Yayımçının “Birinci kanal-Təhsil” efiri ilə şagirdlər üçün yenidən
“Teleməktəb” layihəsi bərpa olunacaq. Nazirlik “Teleməktəb”
dərslərinin yazılması üçün bütün yay ərzində
işləyirdi”,– Nazirlikdən bildirirlər.