Məktəblərdə yeni tədris ili başladı, böyük şəhərlərdə isə təhsil prosesi distant rejimdə bərpa olunub

15 sentyabr tarixində Gürcüstanın ictimai və özəl məktəblərində 2020-2021-ci yeni təhsil ili başladı.



Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararsı Koordinasiya Şurasının qərarı ilə Gürcüstanın bəzi şəhərlərində və kəndlərində məktəb və ali təhsil müəssisələrində təhsil prosesi 15 sentyabrdan distant rejimdə, qalan bələdiyyələrdə isə sinif otaqlarında dərs başladı. Mövcud vəziyyətə görə, 1 oktyabrdan bütün ölkə miqyasında sinif otaqlarında və auditoriyalarda təhsil prosesi davam edəcək.

Təhsil Nazirliyinin məlumatına görə, çətinliklərə baxmayaraq yeni təhsil ili vacib yeniliklərlə başlayır. 2020-21-ci təhsil ili üçün Tbilisi və regionlarda artıq 50 yeni ictimai məktəbin tikintisi başa çatıb. 800-ə yaxın məktəbdə isə tam və qismən bərpa işləri aparılıb.

“İnfrastruktur işlərini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, eləcə də Regional İnkişaf və İnfrastruktur Nazirliyi həyata keçirirdi. İşlərin bir qismi Acarıstan Muxtar Respublikası və regionların yerli büdcəsindən maliyyələşdirilirdi.

Təhsil sistemi sinif otaqların və distant təhsil prosesinə başlamaq üçün hazırdır. Bütün yay ərzində nazirlik bunun üçün çalışırdı. Təhsil prosesinin maneəsiz bərpa olunması üçün nazirin sərəncamı ilə distant təhsil qaydası hazırlanıb və təsdiqlənib. Milli təhsil planına da müvafiq dəyişikliklər daxil edilib və bu haqda bütün məktəblərə məlumat verilib.

Məktəblər nazirlik tərəfindən dərsliklərlə və birinci siniflər komptürlə təmin ediliblər.

Nazirliyin təşəbbüsü ilə yeni təhsil ilindən elektron jurnal qüvvəyə minəcək və təhsil prosesini daha da gücləndirəcək. Qeyd olunan yenilik müəllimlərə şagirdlərin iştirakını elektron qeydə almaqda kömək edəcək.

İctimai məktəblər nazirlik tərəfindən maska, dezobaryer, səthi dezinfeksiya məhlulu və distant termoskrininqlərlə təchiz ediliblər.

Milli təhsil planına uyğun olaraq 15 sentyabrdan təhsilin əlçatanlığı məqsədi ilə bütün siniflər və fənnlər üçün İctimai Yayımçının “Birinci kanal-Təhsil” efiri ilə şagirdlər üçün yenidən “Teleməktəb” layihəsi bərpa olunacaq. Nazirlik “Teleməktəb” dərslərinin yazılması üçün bütün yay ərzində işləyirdi”,
– Nazirlikdən bildirirlər.

 

Print