Tamar Manuçaraşvili bir ildir ki, Qaçağan kənd ictimai məktəbində
işləyir. Kaxetidən Marneuliyə gəlmiş müəllim etnik azlıqlara gürcü
dilini öyrətməyə başlayıb.
Ancaq o, Qaçağana gəldikdən qısa müddət sonra karantin elan olunub
və o, fəaliyyətini virtual məkanda davam etdirməli olub.
Tamar onlayn təhsil zamanı qarşılaşdığı çətinliklərdən söhbət açıb.
İnternetin olmaması, yaxud aşağı sürətdə olması təhsilə maneçilik
törədən amillər olub. Müəllim “İnstaqram”-la dərs keçməyə
başlayıb.
Onun haqqında ətraflı videomaterialdan məlumat ala bilərsiniz: