Marneulidə karantin zamanı uşaqlara İnstaqram vasitəsilə dərs keçən müəllim (VİDEO)
Tamar Manuçaraşvili bir ildir ki, Qaçağan kənd ictimai məktəbində işləyir. Kaxetidən Marneuliyə gəlmiş müəllim etnik azlıqlara gürcü dilini öyrətməyə başlayıb. Ancaq o, Qaçağana gəldikdən qısa müddət sonra karantin elan olunub və o, fəaliyyətini virtual məkanda davam etdirməli olub.

Tamar onlayn təhsil zamanı qarşılaşdığı çətinliklərdən söhbət açıb. İnternetin olmaması, yaxud aşağı sürətdə olması təhsilə maneçilik törədən amillər olub. Müəllim “İnstaqram”-la dərs keçməyə başlayıb.

Onun haqqında ətraflı videomaterialdan məlumat ala bilərsiniz:



Print