Kürtlərdə yeni tikilən məktəb binalarında yanğından mühafizə sistemi quraşdırılmır
Marneuli bələdiyyəsinin Kürtlər kəndində inşa olunan məktəb binasında yanğından mühafizə sistemi quraşdırılmayır. “Marneuli” radiosuna bu barədə adının hallanmasını istəməyən kənd sakinləri məlumat verdilər. Onların sözlərinə görə, digər kəndlərdə inşa olunan məktəblərdə yanğından mühafizə sistemləri quraşdırılır. Amma Kürtlər kəndində inşa olunan məktəbdə bu yoxdur.

“Digər kəndlərdə inşa olunan məktəblərdə yanğından mühafizə sistemi üçün borular gətirilib və çəkilir. Amma Kürtlər kəndində yoxdur. Deyirlər əvvəlcə olub. Sonradan layihəni dəyişiblər. İndi yoxdur. Niyə yoxdur. Səbəbi nədir, bilmirik. Deyilənə görə, avadanlıqlar da gətirilbmiş. Sonradan məlum olub ki, bizim məktəbdə yanğın söndürən sistem olmayacaq”, – kənd sakini dedi.

Nazirliyin mətbuat xidmətindən "Marneuli" radiosuna bildirdilər ki, Kürtlər kəndində mütləq yanğından mühafizə lövhəsi olacaq və lazımi əşya ilə təchiz ediləcək. Digər dörd məktəbdən fərqli olaraq Kürtlər ictimai məktəbində tavana detektor quraşdırılmayacaq. Qurumdan bildirirlər ki, buna səbəb şagirdlərin kontingetinin kiçik olmasıdır.

Xatırladaq ki, Bələdiyyədə ümumilikdə 8 məktəb binası inşa olunur. Bunlar Candar, Sabirkənd, Tsopi, Şulaveri, Qasımlı, Xuldərə, Kirovka və Kürtlər məktəbləridir. Layihə Bələdiyyələrin İnkişaf Fondu tərəfindən həyata keçirilir.

Onu da qeyd edək ki, Bələdiyyənin İnkişaf Fondu bütün ölkə miqyasında 59 yeni məktəb tikintisi və 85 məktəbdə isə əsaslı bərpa işləri həyata keçirir.

Print Email
FaceBook Twitter Google