Azərbaycan-Gürcüstan təhsil əlaqələri müzakirə olunub
Bu gün, 16 oktyabr tarixində Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə onlayn formatda görüşüb.

Bu barədə Azərbaycanın Təhsil Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində 3 nəfər məktəblinin həlak olması, 15 nəfər məktəblinin xəsarət alması və Azərbaycanın müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb.

Səfir, öz növbəsində, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.





Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google