SOCAR Laqodexi rayonunun Qabal kəndində yeni uşaq bağçası inşa edir (FOTO)
Bu gün, 20 oktyabr tarixində Laqodexi rayonunun Qabal kəndində yeni tikiləcək uşaq bağçasının təməlqoyma mərasimi keçirilib. Uşaq bağçası "SOCAR Energy Georgia" şirkəti tərəfindən inşa edilir.
Qabal kəndində inşa olunacaq uşaq bağçasından ümumilikdə 18 000 yerli sakin yararlanacaq.

Bu barədə məlumatı "SOCAR" şirkəti yayır.

Verilən məlumata görə, təməlqoyma mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodexi meri Condo Mdivnişvili, Laqodexi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak ediblər.

100 nəfərlik uşaq bağçasının infrastrukturuna 4 sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcək.

Binada məhdud fiziki imkanlara malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulub. Uşaq bağçasının ümumi sahəsi 1 242 kvadrat metrdir. Tikinti işlərinin 8 ay müddətində başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, SOCAR, Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaratmışdır. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət, 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər