16 noyabr tarixindən Marneuli bələdiyyəsi miqyasında bütün uşaq bağçaları bağlanır
16 noyabr tarixində Marneuli bələdiyyəsi miqyasında bütün uşaq bağçaları bağlanır. Bu haqda Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi və qeyd etdi ki, epidemioloji vəziyyətə görə müvafiq qərar verilib. Kərəmovun sözlərinə görə indiki mərhələdə məktəbəqədər təhsil müəssisələrini müəyyən müddətə bağlayıblar.

Marneuli miqyasında ümumilikdə 14 uşaq bağçası və təxminən eyni sayda məktəbəqədər hazırlıq mərkəzi var.

Qeyd etmək lazımdır ki, Marneulinin 75 məktəbində tədris prosesi dayandırılıb.

Print Email
FaceBook Twitter Google