Gürcüstan ingilis dili biliklərinə görə neçənci yerdədir? – REYTİNQ
Xarici dillərin tədrisi üzrə beynəlxalq “Education First” şirkəti “İngilis dili bilmə indeksi” üzrə yeni reytinq açıqlayıb.

Siyahıya görə, Gürcüstan Avropada sondan dördüncü yeri tutaraq Ermənistan, Türkiyə və Azərbaycanı qabaqlayıb.

Qlobal miqyada Gürcüstan 47-ci yerdə qərarlaşaraq ingilis dilini bilmə səviyyəsi “orta” qiymətləndirilən ölkələr sırasında yer alıb.

Azərbaycan 86, Ermənistan 51, Türkiyə isə 69-cu yerdədir.

Qeyd edək ki, reytinq 100 ölkədə 18 yaşdan yuxarı 2,2 milyon nəfər arasında aparılan testləmənin nəticələri əsasında tərtib olunub.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google