2021-ci il Milli İmtahanlarında dəyişikliklər

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi 2021-ci il qəbul imtahanlarında olacaq dəyişikliklərlə bağlı məlumat yayıb.



Yayılan məlumata əsasən, 2021-ci ildə Vahid Milli İmtahanların imtahan proqramları və tapşırıq növləri dəyişməz olaraq qalacaq. Bir neçə fəndə yalnız imtahan müddəti və maksimum bal azalacaq. Dəyişiklik riyaziyyat, kimya və fizika testlərini əhatə edəcək.

2021-ci ilin riyaziyyat testində 35 (27 qapalı və 8 açıq) tapşırıq olacaq, maksimum bal isə, 59-dan 51-ə endiriləcək. Açıq tapşırıqlar iki ikiballıq, dörd üçballıq və iki dördballıq suallardan ibarət olacaqdır. Test üçün ayrılan vaxt 3 saat 40 dəqiqə əvəzinə 3 saat olacaq və minimum hədd ən azı 11 bal olacaq (ali təhsil müəssisələri daha yüksək hədd təyin etmək hüququna malikdir).

Fizika və kimya testləri üzərində işləmək üçün 3 saat 40 dəqiqə əvəzinə 3 saat ayrılacaq və maksimum bal 75 bal əvəzinə 63 olacaq. Digər fənlərin testlərində dəyişikliklər planlaşdırılmır.

 

Print