Dmanisi rayonunun Qızılkilsə kəndində bir neçə gündür ki, internet
yoxdur. Bu barədə məlumatı kənd sakini Musa Hüseynquliyev verdi.
Onun sözlərinə görə, təhsil distant rejimə keçdiyi üçün "İ-link"
şirkətindən evlərinə internet çəkdiriblər. İnternet olmadığına
görə, indi uşaqları təhsildən kənar qalır.
Hüseynquliyevin sözlərinə görə, onlar dəfələrlə şirkətə məlumat
veriblər, amma onların problemi indiyə qədər həll olunmamış
qalıb.
Məsələyə aydınlıq gətimək üçün "İ-link" şirkəti ilə əlaqə saxladıq.
Şirkətdən bildirdilər ki, 7 dekabr tarixində güclü qar yağması
nəticəsində Şindilər dağında "EnergoPro"-ya məxsus elektrik xətti
qırılaraq, sıradan çıxıb. Buna görə də Qızılkilsə və ətraf
kəndlərdə internetin verilməsində problemlər yaranıb.
"9 dekabr tarixində "EnergoPro" tərəfindən problem
aradan qaldırıldı. Qızılkilsə kəndindən başqa digər kəndlərdə
hal-hazırda internet var. Çünki Qızılkilsə kəndinə quraşdırılan
ötrücü günəş batareyaları ilə çalışır. Hava buludlu olduğuna görə,
həmin batareyalar enerji yığa bilmir. Batereyaları yenisi ilə əvəz
etmək üçün şirkətə məxsus texnika və işçilər dağa qalxa bilmir.
Çünki hal-hazırda həmin ərazilər qarlıdır. Yaxın günlərdə problem
aradan qaldırılacaq. Qaldı ki, internetin olmadığı günlərdə
abonetlərə həmin məbləğ geri ödəniləcək", –
"İ-link"-dən bildirdilər.
Şirkətən o da bildirildi ki, ötrücüyə elektrik enerjisinin çəklişi
üçün "EnergoPro"-ya ərizə ilə müraciət ediblər. Ərizəyə nə vaxt
cavab gələcəyini isə bilmirlər. “İ-link”-dən onu da əlavə etdilər
ki, şirkət Qızılkilsə kəndində ötrücünü quraşdıran zaman evlərin
birindən elektrik xətti çəkmək istəyiblər, amma sakinlər şirkətə
elektrik enerjisi verməkdən imtina ediblər.