Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar – 9 Aprel hadisələri
mövzusunda
“Müstəqilliyə aparan yol -
Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsi elan
edib.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirlikdən "Marneuli"
radiosuna məlumat verilib.
Məlumata görə, müsabiqədə Gürcüstanın 15 yaşdan yuxarı vətəndaşları
iştirak edə bilərlər.
"Hörmətli Gürcüstan vətəndaşları, Azərbaycan
Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan və Gürcüstan
xalqlarının müstəqillikləri naminə atdıqları addımların təzahürü
olan 20 Yanvar və 9 Aprel hadisələrinin növbəti ildönümü ilə bağlı
rəsm və inşa müsabiqəsi elan edir. Gürcüstanın 15 yaşından yuxarı
vətəndaşları arasında qeyd olunan mövzü üzrə ən yaradıcı rəsm və
inşaya malik olan şəxslər Səfirlik tərəfindən hər iki moninasiya
üzrə (ilk üç yeri tutanlar ) təltif olunacaqlar.
Müsabiqənin nəticələri 18 yanvar 2021-ci il tarixində
açıqlanacaqdır.
Müsabiqənin nəticələrinə əsasən, ilk üç yeri tutacaq Gürcüstan
vətəndaşları Azərbaycan Respublikasının Tbilisi şəhərində yerləşən
Səfirliyində Səfir Faiq Quliyev və Gürcüstanın Hökumətinin
səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaqlar.
Müsabiqədə iştirak edəcək şəxslərdən mövzü üzrə rəsm əsərlərini
Səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4)
təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa
yazan şəxslərdən öz işlərini 17 yanvar 2021-ci il tarixinədək
Səfirliyin
CLOAKING
ünvanına göndərmələri xahiş
olunur.
Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən
Səfirliyin (+995 32)224-30-04 nömrəli telefonu ilə əlaqə
saxlamaları xahiş olunur", – səfirliyin məlumatında
deyilir.