Tələbələrin 1/3-nin təhsil haqqı tam və ya qismən
maliyyələşdirilir. Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və
İdman Nazirliyinin yaydığı məlumatda deyilib.
Təhsil haqqının ödənilməsində köməkliyin edilməsi üçün müraciətin
sosial şəbəkələrdə yayılmasından sonra Nazirlik tələbə yardımı
barədə məlumat yayıb.
Təhsil Nazirliyi, tələbələrə təhsil haqqının ödənilməsinin güzəştli
siyasəti ilə əlaqədar universitetlərə tövsiyə verildiyini - təhsil
haqlarının təxirə salındığını və ya tələbəyə uyğun fərdi ödəmə
qrafiki təklif edildiyi barədə məlumat yayıb.
Baş nazirin təşəbbüsü ilə sosial yardım çərçivəsində (150 000 və
daha az balı olan) 2020-2021 tədris ilinin payız semestrində 15 015
tələbənin və 2019-2020 tədris ilinin yaz semestrində 1 588
tələbənin təhsil haqları ödənilib.
Əlavə olaraq, ali təhsil müəssisələrinin reyestrinə əsasən, 2020-ci
ilin 1 noyabr və 15 noyabr tarixlərinə olan məlumata görə Təhsil,
Elm, Mədəniyyət və İdman Nazirliyi ali təhsil müəssisələrində 55
589 tələbəyə qrant və proqram maliyyələşdirməsi həyata keçirib.
Mənbə: report.ge