Təhsil Nazirliyi tələbələrin müraciətinə cavab verib - təhsil haqqı ödəniləcək
Tələbələrin 1/3-nin təhsil haqqı tam və ya qismən maliyyələşdirilir. Bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin yaydığı məlumatda deyilib.

Təhsil haqqının ödənilməsində köməkliyin edilməsi üçün müraciətin sosial şəbəkələrdə yayılmasından sonra Nazirlik tələbə yardımı barədə məlumat yayıb.

Təhsil Nazirliyi, tələbələrə təhsil haqqının ödənilməsinin güzəştli siyasəti ilə əlaqədar universitetlərə tövsiyə verildiyini - təhsil haqlarının təxirə salındığını və ya tələbəyə uyğun fərdi ödəmə qrafiki təklif edildiyi barədə məlumat yayıb.

Baş nazirin təşəbbüsü ilə sosial yardım çərçivəsində (150 000 və daha az balı olan) 2020-2021 tədris ilinin payız semestrində 15 015 tələbənin və 2019-2020 tədris ilinin yaz semestrində 1 588 tələbənin təhsil haqları ödənilib.

Əlavə olaraq, ali təhsil müəssisələrinin reyestrinə əsasən, 2020-ci ilin 1 noyabr və 15 noyabr tarixlərinə olan məlumata görə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ali təhsil müəssisələrində 55 589 tələbəyə qrant və proqram maliyyələşdirməsi həyata keçirib.

Mənbə: report.ge
Print