SOCAR Gürcüstanda təhsil haqqını yeni meyarla ödəyəcək (VİDEO)
22:16 / 11.01.2021
Bu ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı
nümayəndəliyi bu ölkədə təhsil alan azərbaycanlılıların təhsil
haqqını yeni meyarla ödəyəcək.
Yeni meyar 2020-2021-ci tədris ilində tələbənin azı 61 bal
toplamasını tələb edir.
Azərbaycanlı tələbələr, onların valideynləri yeni qaydanı müsbət
qarşılayıb. Onların fikrincə, bu, vətəndaşların elmə daha çox maraq
göstərməsinə səbəb olacaq.
Xatırladaq ki, SOCAR Gürcüstanda azərbaycandilli ictimai məktəbləri
bitirmiş, Azərbaycan dilində imtahan verərək Gürcüstanın ali təhsil
ocaqlarına qəbul olunmuş azərbaycanlılar təhsil haqlarını
2008-2009-cu tədris ilindən ödəyir.
Bununla bağlı Baku tv-nin hazırladığı süjeti təqdim edirik: