Marneulidə təhsil prosesi yenidən distant rejimdə davam edəcək
Təhsil Nazirliyinin məlumatına görə, 18 yanvar tarixindən Marneulidə təhsil prosesi yenidən distant rejimdə davam edəcək.

Epidemioloji vəziyyətə uyğun olaraq Marneulidə 2020-ci ilin yazında təhsil müəssisələri distant rejimə keçdi. 2020-2021-ci tədris ilində dərslər məktəblərdə başlasa da, noyabr ayında tədris prosesi yenidən onlayn rejimə keçdi.

“Gürcüstanın böyük şəhərlərində, Tbilisi, Kutaisi, Rustavi, Telavi, Zuqdidi, Zestafoni, Qori, Poti, Marneuli və Qardabanidə, eləcə də Acarıstan bölgəsində təhsil distant rejimdə başlayacaq.”

“Nazirlik ikinci semestrdə dərs rejiminin sinif otaqlarında bərpa olunacağı məktəbləri maska, təmassız termometr, dezobaryer və dezinfeksiya məhlulları ilə təmin edəcək.

Bundan əlavə, məktəblərdə koronavirus halları təsdiqləndiyi halda birinci semestrdə tətbiq edilmiş məhdudiyyətlərlə bağlı yanaşma davam etdiriləcək. Təhsil Nazirliyi Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilmiş qaydaların həyata keçirilməsi prosesini müşahidə edəcək və monitorinq aparacaq”,
– Təhsil Nazirliyindən bildirirlər.

Nazirlikdən bildirirlər ki, təhsil prosesinin bərpası ilə yanaşı ikinci semestrin “Teleməktəb” dərs prosesi18 yanvar tarixində saat 09:00-dan, İctimai Yayımçının efirində davam etdiriləcək.

Print Email
FaceBook Twitter Google