Pandemiya səbəbindən məktəblərin bağlanması Gürcüstanda 50 mindən
çox uşağın məktəbdən yayınmasına səbəb olub.
Bu barədə BMT-nin Uşaq Fondundan (UNİCEF) bildirilib.
Təşkilat Gürcüstan hökumətinin ölkədəki məktəblərin mərhələli
şəkildə açılması ilə bağlı planını alqışlayıb. Qeyd olunub ki,
məhdudiyyətlərin aradan qaldırılması zamanı məktəblər və
məktəbəqədər təhsil müəssisələrinin işinin bərpası prioritet
olmalıdır.
UNICEF Gürcüstanda tibbi heyət və yüksək risk qrupuna daxil olan
şəxslərin COVID-19- əleyhinə peyvəndlənməsindən sonra müəllimlərin
də vaksin olunmasının önəmini vurğulayıb.
Qeyd edək ki, bu gündən qonşu ölkənin Batumi, Zuqdidi, Qori, Telavi
və Poti şəhərlərində məktəblər və uşaq bağçaları fəaliyyətlərini
bərpa edib.
Mənbə: report.az