Marneuli meriyası “ictimai məktəb şagirdlərinin nəqliyyatla təmin
edilməsi proqramının” həyata keçirilməsinə başlayıb.
Söhbət şagirdin yaşadığı evin məktəbdən ən az 2 km məsafədə
yerləşdiyi, yaxud nəqliyyatın hərəkət etmədiyi və ya nəqliyyat
qrafikinin dərs vaxtı ilə uyğun olmadığı məktəblərdən gedir.
Meriya şagirdlərin nəqliyyatla təmin edilməsi üçün indiki mərhələdə
“Time Servis” MMC ilə müvəqqəti müqavilə bağlayıb. Ödənəcək təxmini
məbləğ bir ay üçün 93 391.01 lari müəyyən edilib. Meriyanın
sadələşdirilmiş alqı-satqısında qeyd olunduğuna görə, Dövlət
Alqı-satqı Agentliyinin elan etdiyi tenderin proseduraları məktəb
başlayana qədər bitməyib və bu səbəbdən nəqliyyatla təmin etmək
üçün müvəqqəti xidmət göstərməyə ehtiyac yaranıb.
“Tender əlbəttə xeyli müddət əvvəl elan edilmişdi.
Faktiki olaraq təhsilin başlaması üçün proseduralar sona
çatdırılmışdı. Ancaq bir həftəlik dövr ərzində, tender müqaviləsi
bağlanana qədər müvəqqəti xidmət üçün müqavilə bağladıq. Biz bu
xidmətlə bağlı sadələşdirilmiş müqaviləni dayandıra bilərik və
tenderə keçə bilərik. Bu dövr daha tez ola bilər. Əsas odur ki,
Marneuli bələdiyyəsinin həyata keçirdiyi xidmət uşaqların hərəkəti
baxımından maneəsizdir. Eləcə də bizim nəzarətimiz
altındadır”, – merin müavini Laşa Lobcanidze
“Marneuli” radiosuna bildirdi və qeyd etdi ki, şagirdlərin
nəqliyyatla müvəqqəti təmin olunmasını həyata keçirən şirkətə
vəsait gördüyü işlə paralel ödənəcək. Hər kilometrə 2,33 lari
nəzərdə tutulub.
Laşa Lobcanidze bildirdi ki, bələdiyyə bir neçə günə tenderə
keçəcək. Qalib şirkət isə bir il ərzində xidmət göstərəcək. Merin
müavini bir il ərzində şagirdlərin nəqliyyatla təmin edilməsinin
bələdiyyəyə neçəyə başa gələcəyinin bir neçə günə məlum olacağını
bildirdi.
Marneuli bələdiyyəsində 19 məktəb və 2695 şagird “İctimai məktəb
şagirdlərinin nəqliyyatla təmin edilməsi proqramı”-na qoşulub.
Onlar arasında Tsereteli ictimai məktəbi də var. Həmin məktəbin
direktoru Marina Maçaraşvili deyir ki, onların məktəbindən təxminən
150 uşaq bu xidmətdən yararlanır.
Bələdiyyədə qeyd olunan proqramın həyata keçirilməsinə ötən il
başlanılıb. Ancaq pandemiyaya görə xidmətlə təminat təxminən iki ay
davam edib.
Nəqliyyat xidmətindən istifadə edən məktəblərin siyahısını sizə
təqdim edirik:
- Şulaveri 1 saylı ictimai məktəbi
- Qasımlı ictimai məktəbi
- Tamarisi kənd 1 saylı ictimai məktəbi
- Əzizkənd ictimai məktəbi
- Araflı kənd ictimai məktəbi
- Ağməmmədli kənd ictimai məktəbi
- Təzəkənd 1 saylı ictimai məktəbi
- Sabirkənd 1 saylı ictimai məktəbi
- Sadaxlı 2 saylı ictimai məktəbi
- Sadaxlı 1 saylı ictimai məktəbi
- Təzəkənd 2 ictimai məktəbi
- Şulaveri 2 saylı ictimai məktəbi
- Tsereteli ictimai məktəbi
- Kirəç Muğanlı ictimai məktəbi
- Maradisi ictimai məktəbi
- Qızılhacılı 1 saylı ictimai məktəbi
- Kəpənəkçi ictimai məktəbi
- Qullar kənd ictimai məktəbi