Gürcüstanda dəmiryolunun fəaliyyəti bərpa olunacaq
Gürcüstan dəmiryolu iki günə sərnişinlərin daşınmasını bərpa edəcək.

Bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bu gün baş tutan hökumət iclasından sonra keçirilmiş brifinq zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dəmiryoluna müvafiq hazırlıq lazım gəlib. Ona görə də iki günə marşrutlar bərpa olunacaq və qrafiki elan edəcəklər.

“İndi əsas odur ki, müsbət vəziyyəti qoruyub saxlayaq və epidemioloji vəziyyət pisləşməsin”, – nazir qeyd edib və hamını məsuliyyətli olmağa çağırıb.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google