Gürcüstanda 10 mindən çox uşaq heç vaxt məktəbə getməyib
Gürcüstanda 16 yaşına qədər 10 404 yeniyetməheç vaxt məktəbə getməyib – ölkənin Təhsil Nazirliyindən məlumat verilib.

Bu uşaqlar ölkə əhalisinin 1,7 faizini təşkil edir. Onların nəinki heç bir təhsili yoxdur, onlar ümumiyyətlə Gürcüstanın təhsil sisteminin informasiya bazasında mövcud deyillər.

Məktəbə getməyən uşaqların və yeniyetmələrin aşkarlanması üzrə dövlət proqramı plkədə ilk dəfə 2020-ci ilin sentyabrında təsdiqlənib. Həmin vaxta qədər bu uşaqlar faktiki görünməz qalırdı və müvafiq olaraq onların təhsil sisteminə qaytarılması müxanizmi də yox idi.

Nazirlik təhsildən məhrum qalmış uşaqların müəyyən edilməsi üzrə işi başa çatdırandan sonra yeni mərhələ başlayır. Təhsil Nazirliyinin əməkdaşları tərtib olunmuş siyahıda adı keçən hər bir uşağın valideyni/qəyyumu və/yaxud qanuni nümayəndəsi ilə əlaqə saxlayacaq və hər birinin problemini fərdi şəkildə həll edəcəklər.

“Bizim məqsədimiz ya uşaqlar məktəbə gedəcəklər, ya da onlara xüsusi təhsil xidməti təklif olunacaq. Bu işə sosial işçilər və məhkəmə icraçıları xidməti cəlb olunacaq”, – nazirlikdən bildirilib.

UNESCO-nun məlumatına əsasən, bütün dünyada 62 milyon uşaq məktəb təhsilindən məhrumdur.

Mənbə: jam-news.net
Print Email
FaceBook Twitter Google