Gürcüstanlı tələbələrə Türkiyənin Uludağ Universitetinin sertifikatları təqdim olunub
Bu gün, 7 aprel tarixində Tbilisidə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı ilə “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” iştitakçılarına sertifikat vermə tədbiri keçirilib.

Təbdirdə layihə ilə bağlı video çarx nümayiş etdirilib. Daha sonra Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyev çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib və layihənin tələbələr üçün əhəmiyyətindən danışıb.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfiri xanım Fatma Ceren Yazqan, Azərbaycan Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri cənab Faiq Quliyev, lahiyə iştirakçılarından İvane Cavaxişvili Universitetinin tələbələri Mariam Elisaşvili və Xıdır Əhəmdov çıxış ediblər.

Tədbirin sonunda layihə iştirakçılarına təcrübə gördükləri Uludağ Universiteti tərəfindən verilmiş sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Gürcüstanlı Tibb Tələbələrinin Türkiyədə Təcrübə və Türkiyəni Tanıma Layihəsi” Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı və Yurtdışı Türkler ve Akraba Toplukuklar Başkanlığının (YTB) dəstəyi ilə 2015-ci ildən etibarən həyata keçirilir. Bu günə qədər bu layihədən 120- dən çox tələbə istifadə edib. COVİD-19 pandemiyası səbəbi ilə layihəyə 2020-ci ildən etibarən dayandırılıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google