Marneulidə işləyən müəllim ikinci dəfə mülki təhsil fənni üzrəən yaxşı müəllim adına layiq görülüb

Marneuli 2 və 5 saylı ictimai məktəblərin pedaqoqu Temur Suğaşvili mülki təhsil fənni üzrə ilin ən yaxşı müəllimi elan olunub.

Temur Suğaşvili qeyd olunan titulu artıq ikinci dəfə qazanıb.

Pedaqoqun sözlərinə görə, onu bir neçə komponentə görə qiymətləndiriblər. Onlar arasında il ərzində həyata keçirilmiş layihələr, keçirilmiş açıq dərslər və başqa fəallıqlar da var.

“Mən ilin ən yaxşı müəllimliyinə applikasiya vermişdim. Ancaq ötən il “lokdaun” şəraitində keçirilmədi. Ona görə bu il 2019 və 2020-ci illərin ən yaşı müəllimlərinin mükafatlandırılması baş tutdu. Mən 2020-ci ildə Kvemo Kartli regionundan mülki təhsil fənni üzrə ən yaxşı müəllim adına layiq görüldüm. Kvemo Kartlidən namizəd çox idi. Məndən başqa Kvemo Kartlidən ən yaxşı vətəndaş klubu rəhbərləri də elan olundu. 2019-cu ildə də Müəllimlərin Peşəkar İnkişaf Mərkəzi tərəfindən ən yaxşı müəllim olaraq seçilmişdim. Çox sevinirəm. Müəllim yalnız özü uğurlu ola bilməz. Onun uğuru birbaşa şagirdlərin özünü qiymətləndirməsində əks olunur. Bu baxımdan onların uğurlu müəllimi var və şagirdlərim üçün nümunə də ola bilərəm. Çünki bu kimi uğurlar məni sevindirir.”

Temur Suğaşvili 10 aprel tarixində mülki təhsil müəllimləri forumunda mülki təhsil üzrə ən yaxşı müəllim elan olunub. Gürcüstan miqyasında müxtəlif regionlardan ümumilikdə səkkiz pedaqoq belə titullara layiq görülüb.

 

Print Email
FaceBook Twitter Google