Marneuli 2 və 5 saylı ictimai məktəblərin pedaqoqu Temur
Suğaşvili mülki təhsil fənni üzrə ilin ən yaxşı müəllimi elan
olunub.
Temur Suğaşvili qeyd olunan titulu artıq ikinci dəfə qazanıb.
Pedaqoqun sözlərinə görə, onu bir neçə komponentə görə
qiymətləndiriblər. Onlar arasında il ərzində həyata keçirilmiş
layihələr, keçirilmiş açıq dərslər və başqa fəallıqlar da var.
“Mən ilin ən yaxşı müəllimliyinə applikasiya vermişdim.
Ancaq ötən il “lokdaun” şəraitində keçirilmədi. Ona görə bu il 2019
və 2020-ci illərin ən yaşı müəllimlərinin mükafatlandırılması baş
tutdu. Mən 2020-ci ildə Kvemo Kartli regionundan mülki təhsil fənni
üzrə ən yaxşı müəllim adına layiq görüldüm. Kvemo Kartlidən namizəd
çox idi. Məndən başqa Kvemo Kartlidən ən yaxşı vətəndaş klubu
rəhbərləri də elan olundu. 2019-cu ildə də Müəllimlərin Peşəkar
İnkişaf Mərkəzi tərəfindən ən yaxşı müəllim olaraq seçilmişdim. Çox
sevinirəm. Müəllim yalnız özü uğurlu ola bilməz. Onun uğuru birbaşa
şagirdlərin özünü qiymətləndirməsində əks olunur. Bu baxımdan
onların uğurlu müəllimi var və şagirdlərim üçün nümunə də ola
bilərəm. Çünki bu kimi uğurlar məni
sevindirir.”
Temur Suğaşvili 10 aprel tarixində mülki təhsil müəllimləri
forumunda mülki təhsil üzrə ən yaxşı müəllim elan olunub. Gürcüstan
miqyasında müxtəlif regionlardan ümumilikdə səkkiz pedaqoq belə
titullara layiq görülüb.