Təəssüf ki, Melianı azadlığa buraxmağın amnistiyadan başqa yolu yoxdur – Vaşadze

"Quruculuq Strategiyası"-nın lideri Qiorqi Vaşadze 20 iyun hadisələri ilə bağlı əfv sərəncamının hazırda vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan polislərə də şamil olunacağından narahatdır.



Vaşadze "VMH"-nin sədri Nika Melianı azad etmək üçün amnistiyadan başqa yol olmadığını qeyd edib və bu səbəbdən 20 iyun hadisələri nəticəsində zərərçəkənlərə dəstəyini vurğulayıb.

Eyni zamanda Vaşadze əfvin yalnız hazırda istintaqı davam edən işlərə şamil olunacağını da bildirib.

"Parlamentin reqlamenti ilə mümkün qədər qısa müddətdə Parlament əfv haqqında qanun qəbul edəcək, bundan sonra Nika Melia həbsxanadan azad ediləcək. Təəssüf ki, onun azadlığa buraxılması üçün yeganə yol budur, başqa heç bir çıxış yolu yoxdur. Buradan Mako Qomuriyə və 20 iyun hadisələri nəticələrindnə zərər çəkənlərə səmimi dəstəyimi bildirmək istəyirəm. Səmimi qəlbdən hər birinizə demək istəyirəm ki, sona qədər sizin yanınızda olacağıq və gələcəkdə bu məqsədlə bir çox məsələni mütləq həll edəcəyik. Maraqlarınızı tam nəzərə almağa çalışacağıq, bu barədə müzakirə etməyə və danışmağa hazırıq", – Vaşadze qeyd edib.

Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hazırlanan razılaşma sənədinin bəndlərindən birinə görə, 19-21 iyun 2019-cu il etirazları ilə əlaqədar bütün pozuntu və həbsləri əhatə edəcək amnistiya tətbiq edilməlidir.

"Gürcü Arzusu" birbaşa əfv sərəncamının Nika Melia və bu işdə zorakılıqda ittiham olunan digər şəxslərə, habelə qanun pozuntularına yol verən hüquq-mühafizə orqanlarına tətbiq edilməli olduğunu qeyd edib.

 

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google