Marneulinin ictimai məktəblərində birinci siniflərin qeydiyyatının
iki mərhələsi başa çatıb. Bələdiyyədə olan təhsil müəssisələrində
indiki mərhələdə 2043 boş yer qalıb.
Yerlərin maksimum sayı 2792-dir. Göstəricilər Təhsil Nazirliyinin
rəsmi veb-səhifəsində yayımlanıb.
Elə məktəblər var ki, şagird qəbul etmək limiti artıq dolub:
Saimerlo ictimai məktəbi (25 şagird), Marneuli 2 saylı ictimai
məktəbi (50 şagird), Marneuli 5 saylı ictimai məktəbi (100 şagird),
Marneuli 6 saylı ictimai məktəbi (150).
Elə məktəblər var ki, birinci sinfə getmək üçün hələ də heç bir
şagird qeydiyyatdan keçməyib. Bu məktəblər Ulaşlı məktəbi (15 yer),
Tserakvi məktəbi (6 yer), Yuxarı Saral məktəbi (25 yer), Sabirkənd
1 saylı məktəbi (60 yer), Sadaxlı 2 saylı məktəbi (80 yer), Şaumyan
3 saylı məktəbi (25 yer), İmir, İmirçala məktəbi (30 yer), Güllübağ
məktəbi (10 yer), Qasımlı məktəbi (100 yer), Qaçağan 2 saylı
məktəbi (30 yer), Qırıxlı məktəbi (25 yer), Kirovka məktəbi (20
yer), Ağməmmədli məktəbi (50 yer), Axlı-Lələ məktəbi (25 yer),
Dəmyə-Görarxı məktəbi (30 yer), Daştəpə məktəbi (25 yer).
2021-2022-ci tədris ili üçün məktəblərdə I mərhələdə xüsusi təhsilə
ehtiyac duyan uşaqlar qeydiyyatdan keçib. İkinci mərhələdə isə
bacı-qardaşı həmin məktəbdə təhsil alan, valideyni/qəyyumu həmin
ictimai məktəbin əməkdaşı olan, bir ailədən eyni zamanda iki, yaxud
daha çox uşaq birinci sinfə gedən uşaqlar qeydiyyatdan keçib.
İkinci mərhələ 11 may tarixində başa çatıb.
Yerli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, 13 mart tarixində
qeydiyyatın əsas mərhələsi başlayıb. Bir qayda olaraq həmin
mərhələdə ən çox birinci sinif şagirdi qeydiyyatdan keçir. İndiki
mərhələdə Marneulinin 74 ictimai məktəbində 2792 yerdən yalnız
749-u dolub. III mərhələ – ümumi qeydiyyat 13 may tarixindən 5 iyun
tarixinə qədər davam edəcək. Qeydiyyat Təhsilin İdarəolunması
Məlumat Sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge-də
həyata keçirilir.
IV mərhələyə gəldikdə isə qeyd edək ki, IV mərhələ 24 iyundan 10
iyula qədər məktəblərdə həyata keçiriləcək. İndiki mərhələdə qalmış
boş yerlərə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyənlər
və qeydiyyatını dəyişmək istəyənlər qeydiyyatdan keçəcək. Dördüncü
mərhələdə şagirdin qeydiyyatdan keçməsini ictimai məktəb
valideyn/qanuni nümayəndə tərəfindən təqdim olunacaq vacib sənədlər
əsasında təmin etməlidir.
Birinci sinfə qəbul olmaq üçün vacib sənədlər:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni
nümayəndənin yaşayış yeri və telefon nömrəsi ilə bağlı məlumat qeyd
olunmalıdır.
- Şagirdin doğum şəhadətnaməsi, yaxud şəxsiyyət
vəsiqəsinin surəti və Gürcüstanda müvəqqəti yaşama icazəsini təsdiq
edən sənədin surəti (belə hal olarsa).