Marneulinin iki ictimai məktəbində birinci sinfə ümumiyyətlə qeydiyyatdan keçən olmayıb
Marneulinin ictimai məktəblərində birinci siniflərin qeydiyyatının üç əsas mərhələsi başa çatıb. Bələdiyyə ərazisindəki təhsil müəssisələrində indiki mərhələdə 2 973 yerdən 1646-i boş qalıb. Marneulinin 74 ictimai məktəbində ümumilikdə 1 327 birinci sinif şagirdi qeydiyyatdan keçib.

Şagird qəbul etmək limiti dolmuş məktəblər də var: Saimerli kənd ictimai məktəbi (25 şagird), Marneuli bələdiyyəsinin 2 saylı ictimai məktəbi (50 şagird), Marneulinin 5 saylı ictimai məktəbi (100 şagird).

Marneulinin iki ictimai məktəbində birinci sinfə ümumiyyətlə qeydiyyatdan keçən olmayıb. 2021-2022-ci tədris ilində Xutor-Lejbəddin kənd məktəbi beş nəfər, Ağqula məktəbi isə altı nəfər birinci sinif şagirdi qəbul edə bilər.

Məktəblərdə qeydiyyat üçün sonuncu, IV mərhələ qalıb. IV mərhələ 24 iyun tarixindən 10 iyul tarixinə qədər məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə boş qalmış yerlərə I, II və III mərhələdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən şagirdlər qəbul olunacaq. Şagirdlərin qeydiyyatının dördüncü mərhələsini valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənədlər əsasında ictimai məktəb həyata keçirir.

Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər:
  • Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi barədə məlumat qeyd olunmalıdır;
  • Şagirdin doğum şəhadətnaməsinin, yaxud şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin surəti (belə hal olarsa).

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər