Marneulinin ictimai məktəblərində birinci siniflərin qeydiyyatının
üç əsas mərhələsi başa çatıb. Bələdiyyə ərazisindəki təhsil
müəssisələrində indiki mərhələdə 2 973 yerdən 1646-i boş qalıb.
Marneulinin 74 ictimai məktəbində ümumilikdə 1 327 birinci sinif
şagirdi qeydiyyatdan keçib.
Şagird qəbul etmək limiti dolmuş məktəblər də var: Saimerli kənd
ictimai məktəbi (25 şagird), Marneuli bələdiyyəsinin 2 saylı
ictimai məktəbi (50 şagird), Marneulinin 5 saylı ictimai məktəbi
(100 şagird).
Marneulinin iki ictimai məktəbində birinci sinfə ümumiyyətlə
qeydiyyatdan keçən olmayıb. 2021-2022-ci tədris ilində
Xutor-Lejbəddin kənd məktəbi beş nəfər, Ağqula məktəbi isə altı
nəfər birinci sinif şagirdi qəbul edə bilər.
Məktəblərdə qeydiyyat üçün sonuncu, IV mərhələ qalıb. IV mərhələ 24
iyun tarixindən 10 iyul tarixinə qədər məktəblərdə həyata
keçiriləcək. Bu mərhələdə boş qalmış yerlərə I, II və III mərhələdə
qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən
şagirdlər qəbul olunacaq. Şagirdlərin qeydiyyatının dördüncü
mərhələsini valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib
sənədlər əsasında ictimai məktəb həyata keçirir.
Birinci sinfə qəbul olmaq üçün lazım olan sənədlər:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni
nümayəndənin yaşayış yeri və telefon nömrəsi barədə məlumat qeyd
olunmalıdır;
- Şagirdin doğum şəhadətnaməsinin, yaxud şəxsiyyət
vəsiqəsinin surəti və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən
sənədin surəti (belə hal olarsa).