Hindistanda koronavirusla bağlı gündəlik ölüm sayında rekord qeydə alınıb
Ötən gün Hindistanda koronavirusa yoluxanların sayı 94 052 nəfər artaraq 29 183 121 nəfərə çatıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində infeksiya ilə bağlı ölüm hallarının sayı 6 148 nəfər artaraq 359 676 nəfərə çatıb. Bu, ölkədə pandemiya başlayandan indiyədək qeydə alınan ən yüksək göstəricidir. Mayın 19-da qeydə alınmış əvvəlki antirekord 4 529 nəfərə bərabər idi.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində 151 367 xəstə COVID-19-dan sağalıb. Bununla da sağalan şəxslərin ümumi sayı 27 655 493 nəfərə çatıb. Bundan əlavə, ölkədə aktiv xəstə sayı 1 167 952 təşkil edir.

Ötən gün ərzində infeksiyaya qarşı 3 379 261 nəfərə vaksin vurulub. Beləliklə, ölkədə peyvənd olunmuş şəxslərin ümumi sayı 242 726 693 nəfərə çatıb.

Mənbə: report.az
Print