2019/2020 tədris ilində 8247 şagird məktəbi tərk edib. Bu barədə
IDFI-nin təhsil sahəsi ilə bağlı dərc etdiyi araşdırmada qeyd
edilib.
Gürcüstanda ibtidai və orta təhsil tələb olunsa da, məktəbi tərk
edənlərin demək olar ki, yarısı onuncu sinifdən aşağı olub.
PISA-nın nəticələrinə görə, Gürcüstan oxuma-yazma, riyaziyyat və
elmə görə 78 ölkə arasında 70-ci yerdədir. Və Dünya Bankının "İnsan
Kapitalı İndeksi" gürcü məktəblilərindən gözlənilən məhsuldarlığın
bölgə və inkişaf etmiş ölkələrlə müqayisədə ən aşağı olduğunu
göstərib.
PISA ballarını nəzərə alsaq, Gürcüstan təhsil sahəsinin nəticələri
olduqca qənaətbəxş deyil. Sektor üçün ümumi problemlərə
aşağıdakılar daxildir: dövlət məktəblərində müəllimlərin orta
yaşının artması və maaşların az olması, müəllimlik peşəsinə isə
seçim azalıb.