ÜST və UNİCEF məktəblərin açılmasına və 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsinə çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu və UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Bürosu, məktəblərdə virusun yayılmasını minimuma endirmək üçün addımlar ataraq təhlükəsiz bir mühit yaratmağa çağırıb.

Birgə hazırlanan bəyannamədə verilən məlumata görə tədbirlərə müəllimlər və digər məktəb işçilərinin hədəf qruplar arasında milli peyvənd planlarına daxil edilməsi və əhalinin digər həssas qruplarının peyvəndlənməsi də daxildir.

"12 yaş və yuxarı uşaqlar, koronavirus səbəbindən peyvənd olunmalıdır. Sinif otaqlarının daha yaxşı havalandırılması, uşaqların lazım olduğu qədər kiçik siniflərə bölünməsi, fiziki məsafənin təmin edilməsi və uşaqların və işçilərin müntəzəm olaraq yoxlanılması yolu ilə məktəb mühitinin təkmilləşdirilməsi də vacibdir", - deyə məlumatda bildirilib.

ÜST-nin Avropa Regional Direktoru Hans Kluqe, təhsilin sinifdə otaqlarında davam etməsinin vacib olduğunu düşünür.

"Pandemiya, təhsil prosesində fəlakətli bir pozulmaya səbəb olub. Bu səbəbdən məktəblərin uşaqların cəmiyyətin xoşbəxt və məhsuldar üzvləri olmalarına kömək etməsi uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları üçün çox vacibdir", - deyə qeyd edib.

Məktəblərin açılmasını və təhlükəsizliyini təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi tərəfindən hazırlanmış 8 tövsiyəni təsdiqləyib. Bu tövsiyələr ÜST Avropa Regionunun 53 üzv ölkəsi üçün nəzərdə tutulub və bunlara aşağıdakılar daxildir:

1. Məktəblər ilk açılan və son bağlanan olmalıdır;
2.Test strategiyası hazırlamaq;
3. Riski azaltmaq üçün təsirli tədbirlər hazırlamaq;
4. Uşaqların psixi sağlamlığını və sosial rifahını qorumaq;
5. Ən həssas uşaqları qorumaq;
6.Məktəb mühitini yaxşılaşdırmaq;
7. Uşaqları və böyükləri qərar vermə prosesinə cəlb etmək;
8. Uşaqların məktəbdə qalması üçün pəyvəndləmə fəal şəkildə aparılmalıdır.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google