29 362 abituriyent tələbə olub, onlardan 6500-ü qrant qazanıb
Milli İmtahan Mərkəzinin məlumatına görə, 2021-ci ildə 29 362 abituriyent ali təhsil müəssisələrində təhsili almaq hüququ qazanıb.

“Bu o deməkdir ki, ali məktəblərə imtahan vermək üçün qeydiyyatdan keçən abituriyentlərin 76%-dən çoxu tələbə olub.

Dövlət qrantı 6500-dən çox tələbəyə verilib və 4200-dən çox abituriyent tam olaraq dövlət tərəfindən maliyyələşdirilən təhsil proqramlarında təhsilini davam etdirəcək”,
- deyə İmtahan Mərkəzi bildirib.

Mərkəzdən verilən məlumata görə, 1330-dan çox imtahan verən abituriyent gürcü dili hazırlıq proqramına qəbul olub. Bu il 38 4000 -dən çox abituriyent vahid milli imtahanlarda iştirak etmək istədiklərini bildiriblər.

Abituriyentlər yekun nəticələri qısa mətn mesajı ilə öyrənə bilərlər - imtahan verən şəxs mobil telefonundan (Magti, Geocell) 93333 nömrəsinə imtahan şəxsiyyət nömrəsini göndərməlidir.

İlkin nəticələr dərc edildikdən sonra abituriyentlər əldə etdikləri balı və ya konkret tapşırığın qiymətləndirilməsini apellyasiya şikayəti vermək imkanı əldə ediblər. Müraciət edənlərin təxminən 3%-i bu fürsətdən istifadə edib - cəmi 3355 müraciət ərizəsi verilib, onlardan 1435 halda qiymətləndirmədə dəyişiklik edilib.

Mənbə: batumelebi.netgazeti.ge
Print Email
FaceBook Twitter Google