Marneulinin bütün məktəblərində dərs sinif otaqlarında başladı
Marneuli bələdiyyəsi miqyasındakı bütün məktəblərdə tədris ili sinif otaqlarında başladı. Yeni tənzimləmələrə görə, təhsil məkanında hamı maska taxmalı olacaq.

Elm və Təhsil Nazirliyi valideynlərə distant təhsil rejimini seçmək imkanı da verir. Risk qrupa daxil olan müəllimlər isə istədikləri halda distant qaydadad dərs keçə biləcəklər. Marneuli Resurs Mərkəzin nümayəndəsi İrma Davadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bəllədiyyə bu il 2000-ə yaxın birinci sinif şagirdi qəbul edib.

“Bu gün, 4 oktyabr tarixində, Marneuli bələdiyyəsində 74 ictimai və iki özəl məktəb məktəb rejiminə qayıdıb. Onların hamısı müvafiq dezinfeksiya məhlulu, maska, termoskrininq aparatları və dezobaryerlərlə təmin olunub. Bunların hamısı nazirlik tərəfindən məktəblərə hədiyyə edilib. Valideynlərə distanta təhsili seçmək imkanı da verilib. Bunun üçün hər həftənin cümə axşamı günü “a school”-un bazasında xüsusi forma doldurmalı və cümə günü artıq məktəb dərs cədvəlini təyin edəcək”, - İrma Davadze dedi.

Resurs Mərkəzin nümayəndəsinin sözlərinə görə, nazirlik yenidən müəllimlərin testdən keçirilməsini təmin edəcək. Onun bildirdiyinə görə, 4 oktyabra qədər bütün müəllimlər testdən keçirilib, ancaq koronavirusa heç bir yoluxma halı qeydə alınmayıb.

Məktəblərin açılması üçün vacib faktorlardan biri olan peyvəndə gəldikdə isə, hazırda bələdiyyənin təhsil müəssisələrində 3000 heyətdən 1300 peyvənd olunub.


Print Email
FaceBook Twitter Google