Marneulinin üç uşaq bağçasında tədris başlamayıb
Marneuli bələdiyyəsinin bağçalarında tədris prosesi başlayıb. Bələdiyyə bu il bağçalara 1 600-ə yaxın uşaq qəbul edib. 14 uşaq bağçasından üçü tədris prosesinə başlamayıb. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, iki bağça qəzalı vəziyyətdədir və tədris prosesinin bərpası mümkün deyil.

“4 oktyabr tarixində, Marneuli miqyasında 14 bağçadan 11 açılıb. Üçü açılmadı. Bu Marneuli 1 saylı və Qızılahıcılı uşaq bağçasıdır. Daha bir açılmayan bağça qəzalı vəziyyətdə olduğuna görə, ekspertizanın nəticəsi ilə bağlanıb. 47 qrupda tədris başlayıb.”

Kərəmov bildirdi ki, Marneuli 1 saylı, Qızılahcılı və Şulaveri bağçalarında qeydiyyatdan keçmiş uşaqlar, 3 saylı bağçaya bölünüb. Bir qismi isə əlavə siyahılarda qalıb. Ehtiyat siyahısına yazılmış uşaqlar yalnız boşalmış yerlər olan zaman bağçaya gedə bilərlər.

Uşaq Bağçaları Birliyindən bildirdilər ki, Qızılhacılı və Marneuli şəhər 1 saylı bağçasında tədris prosesi güman ki, noyabr ayında bərpa olunacaq. Şaumyanı bağçasının açılaçağı vaxt isə hələ məlum deyil.


Print Email
FaceBook Twitter Google