Statusu olan müəllimlərin maaşları 2022-ci ilin yanvarından etibarən 100 lari artırılacaq
2022-ci il dövlət büdcəsinin ilkin layihəsinə əsasən, statusu olan müəllimlərin əmək haqqı əlavəsi 2022-ci ilin yanvarından etibarən 100 lari artırılacaq.

Büdcə layihəsinə əsasən, ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi 79.4 milyon lari artırılaraq 975.0 milyon lariyə çatdırılıb.

Təhsil və Elm Nazirliyinin maliyyələşdirilməsinə gəlincə, büdcə layihəsinə əsasən, 2022-ci ildə 1 637,5 milyon lari müəyyən edilib ki, bu da 2021-ci il üçün təsdiqlənmiş büdcədən 112.7 milyon lari çoxdur.

Eyni zamanda, büdcənin ilkin variantına əsasən, məktəbəqədər və ümumtəhsilin maliyyələşdirilməsi 88.7 milyon lari artırılaraq 1 145.0 milyon lari olaraq təyin edilib.

Print Email
FaceBook Twitter Google