Gürcüstanda azərbaycandilli məktəblərə 17 848 ədəd dərslik və metodik vəsait göndərilib
Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər və metodik vəsait göndərib.

Dərsliklər və metodik vəsaitlər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Təhsil və Elm Nazirliyinə təqdim edilib.

Səfirliyinin məlumatına əsasən, Gürcüstan tərəfinə 21 adda 17 848 ədəd Ana dili və ədəbiyyatı dərsliyi, həmçinin müəllimlər üçün metodik vəsait çatdırılıb. Bu dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.

Səfirliyin məlumatında qeyd olunub ki, Azərbaycanın Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bugünədək Azərbaycan Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 600 minə yaxın dərslik və digər metodik vəsait göndərilib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google