Dmanisidə fəaliyyət göstərən İsveçrə Aqrar kolleci təhsil və təcrubə proqramına başalayır
Dmanisi rayonunda fəaliyyət göstərən "İsveçrə Aqrar Məktəbi Qafqaz" kolleci "əkinçilik" və "süd məhsullarının istehsalı" peşəkar proqramlarının qəbuluna başlayıb.

Hər bir proqramın təhsil müddəti 2 ildir.

Qəbul olunan tələbələr İsveçrə standartlarına uyğun, müasir standartlara cavab verən, yüksək keyfiyyətlə təchiz olunmuş kampusda təhsil alaraq, orada yaşayacaqlar. Bundan əlavə, İsveçrə müəllif proqramları və ustad dərsləri veriləcək.

Praktik təlim üçün kollecin özünü İsveçrə cins mal-qara ferması və İsveçrə pendir fabrikası var.

Bir proqramın dəyəri 90 000 lari təşkil edir, lakin buradan tələbənin illik ödəyəcəyi məbləğ 4 000 lari olacaq.

Məbləğə daxildir:
  • Öyrənmə (nəzəriyyə və təcrübə) və müəllif proqramlar;
  • 2 il yaxşı təchiz olunmuş kampusda yaşamaq və yeməklə təmin olunmaq;
Proqrama qeydiyyat vaxtı: 2 may - 22 avqust 2022-ci ildir, qeydiyyatdan keçmək üçün isə https://vet.emis.ge linkinə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
  • CLOAKING ,
  • 598 434 000;
  • 599 781 107.

Print Email
FaceBook Twitter Google