Marneuli “Modus” kollecinin turist bələdçisi proqramının dinləyicilərinə sertifikatlar verilib
Bu gün, 13 may tarixində Marneuli “Modus” kollecinin, gürcüdilli turist bələdçisi hazırlıq proqramının dinləyicilərinə sertifikatlar verilib. Kollecin direktoru Nino Kavtaradze “Marneuli” radiosuna bildirdi ki, proqram Marneuli “Modus” kollecində bu il ilk dəfə həyata keçirilib və üç ay davam edib.

“Kvemo Kartlidə turizm istiqaməti aktual və mühüm istiqamətlərdən biridir. Bu proqram USAİD-in proqramının dəstəyi ilə həyata keçirildi. Təchizat alınmasında, proqramın tərtib olunmasında da bizə kömək etdilər. Bizim məzunlar artıq təcrübəli, ixtisaslı turist bələdçisi olacaqlar. Onlar Marneulidə turist təşkilatları ilə əməkdaşlıq edə bilərlər. Qrupda həm gürcülər həm də azərbaycanlılar birlikdə təhsil alırdı”, – Nino Kavtaradze bildirdi.

Tədbirdə Peşə Bacarıqları Agentliyinin direktoru Tamar Kitiaşvili, yerli özünüidarə nümayəndələri və digər dəvət edilmiş qonaqlar iştirak edirdilər. Kitiaşvilinin sözlərinə görə, Marneuli “Modus” kolleci gələcəkdə əhaliyə daha maraqlı yeniliklər təklif edəcək.

“Marneuli “Modus” kolleci inkişaf edir. Artıq proqram rəngarəngliyi də yaradılıb. Bu gün sertifikatların verilməsində iştirak etdik. Bu proqram regionda turizmin inkişafı üçün çox vacibdir. Peşə Bacarıqları Agentliyi Marneuli “Modus” kollecinə müxtəlif istiqamətlərin əlavə olunmasında, eləcə də xidmtələrin artırılmasında öz dəstəyini göstərəcək. Bu isə özlüyündə müxtəlif yaşda olan adamların cəlb edilməsinə dəstək olacaq. Gürcü dili proqramının yeni modeli üzərində işləyirik. Bu modeli ilk təqdim edənlərdən biri Marneuli “Modus” kolleci olacaq”, – Kitiaşvili bildirdi.

Üç aylıq proqramın məzunları tədbirdə özləri tərəfindən hazırlanmış, Marneuli şəhər turunun təqdimatını göstəriblər.

2022-ci ildə Marneuli “Modus” kolleci 6 peşə proqramına qəbul elan edib:

- İnformasiya texnologiyalarına dəstək
- Elektriklik
- Tərəvəzçilik
- Meyvəçilik
- Mühasibat uçotu
- Tərbiyəçi

Print Email
FaceBook Twitter Google