Parlamentin sədri və deputatlar Naxiduri (Arıxlı) məktəbində olublar
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndinin orta məktəbinə baş çəkib.

O, deputatlarla birgə azərbaycandilli təhsil müəssisəsinin IV sinif şagirdlərinin gürcü dili dərsində iştirak edib.

Spiker və parlament üzvləri dövlət dilinin mənimsənilməsinin vacibliyini müzakirə etmək üçün Bolnisidə direktor, müəllim və yerli məktəblərin nümayəndələri ilə görüşüblər.

Ş.Papuaşvili Gürcüstanda yaşayan etnik azlıqların keyfiyyətli təhsilə əlçatanlığının təmin edilməsində parlamentin rolu və gələcək planlardan danışıb.

Parlamentin Təhsil və elm komitəsinin rəhbəri Qiorqi Amilaxvari, Regional siyasət komitəsinin rəhbəri Sozar Subari, İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin sədri Mixeil Sarcveladze, deputatlar - Qoqi Meşveliani və Xatuna Kvitsiani görüş iştirakçıları qarşısında çıxış ediblər.

Deputatlar müəllimləri maraqlandıran sualları da cavablandırıblar.

Q.Amilaxvari bildirib ki, rəhbərlik etdiyi komitə etnik azlıqların keyfiyyətli təhsilə əlçatanlığı ilə bağlı tematik araşdırmaya başlayıb: “Bunun üçün bizə yerində ümumilikdə tədris prosesi, eyni zamanda gürcü dilinin tədrisi prosesi ilə tanış olmaq vacibdir”.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google