Marneuli bələdiyyəsinin 74 ictimai məktəbi 2022-2023-cü tədris ili
üçün birinci sinfə 2 849 uşaq qəbul edə bilər. Bu təhsil
müəssisələrinin fərdi şəkildə elan etdiyi limitdir. Birinci sinfə
şagirdlərin qəbulunun iki mərhələsi artıq başa çatıb.
Marneuli miqyasında 590 şagird qeydiyyatdan keçib. 24 maydan üçüncü
mərhələ – ümumi qeydiyyat mərhələsi başlayır. Ən çox şagird bu
mərhələdə qeydiyyatdan keçir. Qeydiyyat Təhsilin İdarə Edilməsi
Məlumat Sisteminin rəsmi veb-səhifəsində – registration.emis.ge.-də
həyata keçirilir. “Marneuli” radiosu indiki mərhələdə mövcud olan
vakant yerləri hesablayıb. Bələdiyyə miqyasında olan məktəblərdə
2259 boş yer var.
Bir neçə məktəbdə, demək olar ki, yerlərin hamısı dolub. Məsələn,
Marneuli şəhər 2 saylı məktəbinin gürcüdilli bölməsinin birinci
növbəsində yalnız 5 yer boş qalıb. Həmin bölmənin üçüncü növbəsində
isə 25 vakant yer var. Məktəb həmin təhsil müəssisəsinin rusdilli
bölməsində birinci sinfə 25 nəfər qəbul edə bilərdi ki, bu yerlər
də tam dolub. Marneuli şəhər 6 saylı ictimai məktəbində isə
gürcüdilli bölmədə 100 yerdən yalnız 6 yer boşdur. Həmin məktəbin
rusdilli bölməsində 14 yer var. Marneuli şəhər 5 saylı ictimai
məktəbində də demək olar, limit dolub. Təhsil müəssisəsi 100 nəfər
qəbul etmək imkanına malikdir. Üçüncü mərhələnin qeydiyyatı üçün
yalnız 43 yer boşdur. Saimerlo məktəbi bu il ən çox – 50 uşağı
birinci sinfə qəbul edə bilərdi. Buradan qalan yerlərin sayı
26-dır.
Qeyd edək ki, qeydiyyatı valideyn/qanuni nümayəndə həyata keçirir.
Elektron qaydada qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün vacib
sənədləri 16 iyundan 10 iyula qədər təqdim edə bilərlər. Təyin
edilmiş vaxt çərçivəsində sənəd təqdim olunmazsa, qeydiyyat
avtomatik olaraq ləğv olunacaq.
Birinci siniflərin qeydiyyatı daha bir mərhələsi – dördüncü mərhələ
də olacaq.
IV mərhələ - 04 iyuldan 12 iyula qədər məktəblərdə həyata
keçiriləcək. Bu mərhələdə boş qalmış vakant yerlərə I, II və III
mərhələlərdə qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək
istəyən şagirdlər qeydiyyatdan keçəcəklər.
Dördüncü mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb,
valideynin/qanuni nümayəndənin təqdim etdiyi vacib sənəd əsasında
həyata keçirir.
Birinci sinfə qəbul üçün təqdim olunmalı olan sənədlər:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni
nümayəndənin yaşayış yeri və telefon nömrəsi barədə məlumat
olmalıdır.
- Şagirdin doğum şəhadətnaməsi və ya şəxsiyyət
vəsiqəsinin surəti, Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən
sənədin surəti (belə hal olarsa).
2022-2023-cü tədris illəri üçün 2022-ci ilin 1 oktyabrına qədər (30
sentyabr da daxil olmaqla) 6 yaşı tamam olan uşaqlar məktəblərdə
qeydiyyatdan keçə biləcəklər.