25 may tarixində Bolnisidə “Qafqaz Hüquq və İnteqrasiya
Mərkəzi”-ndə Gürcüstanın müstəqilliyinə həsr olunmuş
“Müsdəqilliymiz əbədidir” adlı inşa müsabiqəsi keçirilib.
Müsabiqədə Bolnisi məktəblərində təhsil alan 30-dan çox şagird
iştirak edib. Onlar gürcü və Azərbaycan dillərində inşalar
yazıblar.
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”-nin direktoru Rezo Həsənov
“Marneuli” radiosuna bildirdi ki, müsabiqədə Bolnisi bələdiyyəsində
fəaliyyət göstərən gürcüdilli və azərbaycandilli məktəblərin
şagirdləri iştirak ediblər.
“Müsabiqəyə 30-dan çox məktəbli qatılmışdı. Yarışma 9,
10, 11, 12-ci sinifllər arasında keçirildi. Onlar gürcü və
azərbaycan dillərində inşalar yazdılar. İnşa müsabiqəsi iki
hissədən — gürcü və azərbaycan dilindən ibarət idi. İlk 3 pillənin
qaliblərinə pul mükafatı və təşəkkürnamələr təqdim olundu.
Müsabiqədə qalib olmayan digər iştirakçılara isə təşəkkürnamələr
verildi. Müsabiqənin məqsədi Gürcüstanın müstəqilliyi ilə bağlı
şağirdlərin biliklərinin artırılması, müstəqilliyin əhəmiyyəti və
müstəqilliyin onlara nələrin verdiyi haqda məlumatın çatırılması
idi”, – Rezo Həsənov dedi.
Tədbirdə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”-nin təsisçiləri,
müəllimlər, valideynlər, şağirdlər və dəvət olunmuş qonaqlar
iştirak ediblər. Hüseynovun sözlərinə görə, müsaqbiqəyə heç bir
təşkilat və dövlət qurumuları dəstək göstərməyib. Tədbir mərkəzin
öz təşəbbüsü ilə həyata keçirilib.
“Bu cür müsabiqələrin gələcəkdə də keçirilməsini
planlaşdırırıq. Düşünürəm ki, bu cür müsabiqələrin və tədbirlərin
keçirilməsi, gənclər və şagirdlər arasında çox böyük bir motivasiya
yaradır. Ona görə ki, bu cür tədbirlər onların təhsillərində,
gələcək həyatlarında, böyük bir təcrübə və güvən hissləri
yaradacaq”, – Rezo Həsənov dedi.
“Müsdəqilliymiz əbədidir” adlı inşa müsabiqəsində 6 şagird qalib
gəlib. Onların hər birinə pul mükafatı və təşəkkürnamələr
verilib.
Azrbaycan dillində yazılan inşa müsabiqəsinin qalibləri:
- Rəsul Bayramov – Kəpənəkçi kəndi (Kvemo
Bolnisi)
- Alina Əhmədova – Güləver kəndi (Qeta)
- Ruhiyyə Nəbiyeva – Dəllər kəndi
(Cavşaniani)
Gürcü dilli üzrə inşa müsabiqəsinin qalibləri:
- Ana Bejanashvili – Bolnisi
- Aysel Qurbanova – Arxılı kəndi (Naxiduri)
- Mariam Ğuğunişvili – Bolnisi
Qeyd edək ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” 2021-ci ilin 10
sentyabrında Bolnisidə qeydiyyatdan keçib və 8 noyabrdan isə rəsmi
olaraq fəaliyyətə başlayıb. Mərkəzin yaranmasında əsas məqsəd
bölgədə yaşayan əhaliyə təhsil və hüquq sahəsində yardımların
göstərilməsidir. Bundan əlavə mərkəzin hədəflərindən biri də
Bolnisidə yaşayan azərbaycanılara dövlət dilinin öyrədilməsi və
əhalinin inteqrasiyasına nail olmaqdır.
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” hal-hazırda təhsil və hüquq
sahələri üzrə işlərini davam etdirir. Mərkəzdə təhsil sahəsi üzrə
gürcü və ingilis dillərində ödənişsiz kurslar fəaliyyət göstərir.
Bundan əlavə, mərkəzdə hüquq sahəsi üzrə ödənişsiz məsləhətlər də
verilir.
Hal-hazırda mərkəzin 70-dən çox üzvü var. Onlar gürcü və ingilis
dilində ödənişsiz kurslardan yararlanırlar.