Marneulidə əlavə nəqliyyatın təyin edilməsi sərnişinlərin çoxluğundan asılı olacaq
15 sentyabr tarixində Gürcüstan təhsil müəssisələrində təhsil başlayır. Müvafiq olaraq, ictimai nəqliyyata tələb artır.

Marneuli bələdiyyəsinə ümumilikdə iki nəqliyyat şirkəti xidmət göstərir. Onlardan biri Marneuli meriyasının balansındadır, digəri isə özəl şirkətdir. Bələdiyyə İctimai Nəqliyyat şirkətinin rəhbəri Qiqa Calağonianın sözlərinə görə, onların nəqliyyat xəttinə yalnız bir nəqliyyat əlavə olunacaq və Elevator istiqamətində hərəkət edəcək.

“Əlavə reysin həyata keçirilməsi Elevator istiqamətində planlaşdırılır, başqa heç nə, adi rejimdə işləyəcəklər. Ümumilikdə 24 nəqliyyat vasitəmiz var, hamısı işləyir. Onlardan ikisi ehtiyat üçündür”.

Calağonianın sözlərinə görə, onların nəqliyyatı sərnişinlərə şəhərdə saat 20:00-a qədər xidmət göstərəcək, kəndlərə sonuncu reys isə saat 18:00-da çıxacaq.

Daha bir şirkət rəhbəri Yuri Samxaradzenin sözlərinə görə, nəqliyyatın əlavə edilməsi sərnişin çoxluğundan asılıdır. O, iki ictimai nəqliyyatın lazım olacağını istisna etmir.

“Vəziyyət göstərəcək, istəyirik 2 maşın əlavə edək. İlk günlərdə baxacağıq. Əgər çox sayda adam olsa əlavə edəcəyik. Yəqin şəhərdə əlavə olunacaq. Kəndlərə müqayisədə kifayət edir. Şəhərdə daha çox sərnişin var, ona görə istəyirik ki, əlavə edək”.

Samxaradzenin sözlərinə görə, onların balansındakı 20-dən artıq nəqliyyat sərnişinlərə şəhərdə saat 19:00-a, kəndlərə isə 18:00-a qədər xidmət göstərəcək.

"Marneuli" Radiosu
Print