Marneuli bələdiyyəsinin üç məktəbində bu il birinci sinif
olmayacaq. Ağqula, Sioni və Tserakvi məktəblərində birinci sinifə
heç bir uşaq qeydiyyat olunmayıb.
Bu barədə Marneuli Təhsil resurs Mərkəzindən məlumat verdilər və
qeyd etdilər ki, bələdiyyədə olan 74 ictimai məktəbdə 2022-2023-cü
ildə ümumilikdə 1 905 birinci sinif şagirdi qəbul olunacaq.
15 sentyabrda Gürcüstan məktəblərində yeni tədris ili başlayır.
Ölkədə yaxşılaşmış epidemioloji vəziyyəti nəzərə alaraq Gürcüstan
Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ilə əməkdaşlıqla
məktəblərə yenilənmiş tövsiyə hazırlayıb. Yüngülləşdirilmiş
tövsiyələrə əsasən, məktəb binasına dezobaryerdən keçərək daxil
olmaq, termoskrininq və maska taxmaq məcburiyyəti ləğv olunub.
Məktəbdə təcrid zonasında olanlar və yoluxan şəxslərlə təmasda
olanlar 10 gün ərzində maska taxmalıdırlar. Xüsusi təhsilə ehtiyac
duyan şagirdlərlə işləyən mütəxəssislərə, şagirdlərlə 1 metr
məsafədə birbaşa ünsiyyət qurmalı olduqları halda maska taxmaq
məqsədəuyğundur.
Yeni tədris ilindən sinif otaqlarında və dəhlizlərdə şagirdlər
arasında 1 metrlik məsafə saxlamaq, şagird növbələrə bölünməsi və
ya dərs cədvəlinin yüngülləşdirilməsi məqsədi ilə hibrid təhsilinin
həyata keçirilmə öhdəliyi də qaldırılacaq. 2022-2023-cü tədris
ilindən distant təhsil seçmək imkanı yalnız müvafiq tibb müəssisəsi
tərəfindən verilmiş arayış, validyenlərin müraciəti əsasında,
sağlamlıq vəziyyətinə görə risk qrupda olan şagirdlərə veriləcək.
Onların evdə təhsil rejiminə keçmək şəraiti olacaq.