Marneulinin üç məktəbində bu il birinci sinif olmayacaq
Marneuli bələdiyyəsinin üç məktəbində bu il birinci sinif olmayacaq. Ağqula, Sioni və Tserakvi məktəblərində birinci sinifə heç bir uşaq qeydiyyat olunmayıb. Bu barədə Marneuli Təhsil resurs Mərkəzindən məlumat verdilər və qeyd etdilər ki, bələdiyyədə olan 74 ictimai məktəbdə 2022-2023-cü ildə ümumilikdə 1 905 birinci sinif şagirdi qəbul olunacaq.

15 sentyabrda Gürcüstan məktəblərində yeni tədris ili başlayır.

Ölkədə yaxşılaşmış epidemioloji vəziyyəti nəzərə alaraq Gürcüstan Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ilə əməkdaşlıqla məktəblərə yenilənmiş tövsiyə hazırlayıb. Yüngülləşdirilmiş tövsiyələrə əsasən, məktəb binasına dezobaryerdən keçərək daxil olmaq, termoskrininq və maska taxmaq məcburiyyəti ləğv olunub. Məktəbdə təcrid zonasında olanlar və yoluxan şəxslərlə təmasda olanlar 10 gün ərzində maska taxmalıdırlar. Xüsusi təhsilə ehtiyac duyan şagirdlərlə işləyən mütəxəssislərə, şagirdlərlə 1 metr məsafədə birbaşa ünsiyyət qurmalı olduqları halda maska taxmaq məqsədəuyğundur.

Yeni tədris ilindən sinif otaqlarında və dəhlizlərdə şagirdlər arasında 1 metrlik məsafə saxlamaq, şagird növbələrə bölünməsi və ya dərs cədvəlinin yüngülləşdirilməsi məqsədi ilə hibrid təhsilinin həyata keçirilmə öhdəliyi də qaldırılacaq. 2022-2023-cü tədris ilindən distant təhsil seçmək imkanı yalnız müvafiq tibb müəssisəsi tərəfindən verilmiş arayış, validyenlərin müraciəti əsasında, sağlamlıq vəziyyətinə görə risk qrupda olan şagirdlərə veriləcək. Onların evdə təhsil rejiminə keçmək şəraiti olacaq.

"Marneuli" Radiosu
Print