Nəzərinizdən qaçmış ola bilər - Günün Son Xəbərləri - Qısa
Nəzərinizdən qaçmış ola bilən ən son xəbərlərin qısa icmalı ilə buradan tanış ola bilərsiz.

Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 63 290 lariyə oyuncaqlar almağı planlaşdırır. Tenderə əsasən, uşaq bağçalarına 42 növ əşya alacaqlar və bələdiyyədəki 14 uşaq bağçasına böləcəklər. Onlardan hamısı qeyri-toksik materialdan hazırlanmalıdır, zərərli maddələr daşımamalıdır.

Marneuli Uşaq Bağçaları Birliyinin tenderinə görə, hər bir əşyadan 82 ədəd alınacaq. Tenderdə iştirak etmək istəyən şirkətlər 19-21 sentyabr dövründə təkliflərini göndərə bilərlər. Qalib müqavilə bağladıqdan 15 gün ərzində oyuncaqları bağçalara təhvil verməli olacaq.

Daha ətraflı linkə daxil olun >>>>>


Marneuli bələdiyyəsinin üç məktəbində bu il birinci sinif olmayacaq. Ağkula, Sioni və Tserakvi məktəblərində birinci sinifə heç bir uşaq qeydiyyat olunmayıb. Bu barədə Marneuli Təhsil resurs Mərkəzindən məlumat verdilər və qeyd etdilər ki, bələdiyyədə olan 74 ictimai məktəbdə 2022-2023-cü ildə ümumilikdə 1 905 birinci sinif şagirdi qəbul olunacaq.

15 sentyabrda Gürcüstan məktəblərində yeni tədris ili başlayır.

Daha ətraflı linkə daxil olun >>>>>


15 sentyabr tarixində Gürcüstan təhsil müəssisələrində təhsil başlayır. Müvafiq olaraq, ictimai nəqliyyata tələb artır.

Marneuli bələdiyyəsinə ümumilikdə iki nəqliyyat şirkəti xidmət göstərir. Onlardan biri Marneuli meriyasının balansındadır, digəri isə özəl şirkətdir.

Daha ətraflı daxil olun >>>>>


15 sentyabr tarixində Marneuli Mədəniyyət Mərkəzində “Luna və atəşböcəklər planeti” kukla tamaşasının premyerası baş tutacaq. Tamaşada bir ailənin hekayəsi təqdim olunub. Ailədə sehrli sərgüzəştlər baş verir.

Daha ətraflı linkə daxil olun >>>>>


Digər xəbərlərlə tanış olmaq istəyirsiz, o zaman WWW.MARNEULIFM.GE saytına daxil ola bilərsiniz.

Print Email
FaceBook Twitter Google