Marneuli bələdiyyəsinin Ağkörpü ictimai məktəbində 2022-2023-cü
tədris ilində
ilk zəng ambulatoriyada çalınıb.
Təhsil müəssisəsinin qəzalı vəziyyətdə olmasına görə təhsil prosesi
kənddə yerləşən tibb məntəqəsində davam etdiriləcək. Məktəbin
100-dən artıq yaşı var. Pedaoqoqlar deyirlər ki, binanın vəziyyəti
Dmanisidə baş vermiş zəlzələdən sonra pisləşib. Güman edirlər ki,
yeni məktəb tikiləcək, köhnədən fərqli olaraq bufet, idman zalı,
laboratoriya və qaydasında olan siniflər olacaq.
“Bu bina çox köhnədir, məktəb üçün də ayrılmamışdı. Əvvəl
kolxoz təsərrüfatının binası idi, məktəbə müvəqqəti istifadəyə
verilmişdi. Müvəqqəti olaraq xəstəxana binasındayıq. Amma bilirik
ki, yeni məktəb tikəcəklər. Bufet yoxdur, 8 dərsi olan şagirdlərə
mütləq lazımdır. İdman zalımız da yoxdur. Dağlıq regiondur, tez-tez
qar, yağış yağır, külək əsir. Belə hallarda müəllim bayırda necə
dərs keçsin? Sinifdə keçirməyə məcburdur, bu da uşaqlarda narazılıq
yaradır. Başqa məktəblər kimi onların da məktəbinin təchiz
edilməsini istəyirlər. Əsasən, bu məktəb zəlzələdə uçub. Bizim
məlumatımıza görə, sökülməlidir”, – Ağkörpü məktəbinin
müəllimi Nino Kevlişvili bildirdi.
Ağkörpü ictimai məktəbi iki növbədə 100-ə yaxın şagirdlə təhsil
alacaq.
Hələ ki, məktəbdə hansı işlərin həyata keçiriləcəyi məlum deyil.
Marneuli meriyasından qeyd edirlər ki, bina araşdırılır və
bitdikdən sonra da konkret addımlar məlum olacaq.